İsrail Livanın cənubunda yaradılan təhlükəsizlik zonasını tərk etməyəcək.
“Ynet”in xəbərinə görə, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
O, İsrail hərbçilərinin öldürülməsinə görə “Hizbullah”ın ağır bədəl ödəyəcəyini bildirib.
“Ərazimizə və əsgərlərimizə edilən hücumlara dözməyəcəyik. İsrail şimal bölgədəki icmaları qorumaq məqsədilə cənubi Livandakı təhlükəsizlik zonasında lazım olan qədər qalacaq”, - Netanyahu vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl müdafiə naziri İsrael Katz da İsrail ordusunun Livandan çıxmayacağını bəyan edib. /Apa

Şərhlər