İtaliyanın Xarici İşlər naziri Antonio Tayani ABŞ Prezidenti Donald Trampın İtaliyanın Baş naziri Ciorcia Meloni haqqında sözlərinə görə ABŞ-yə səfərini ləğv edib.
“AzPolitika” xəbər verir ki, İtaliya mətbuatı Tayaninin bəyanatından sitat gətirib: "Prezident Trampın Baş nazir Meloni haqqında dediyi təhqiramiz ifadələr bütün İtaliyaya qarşı təhqirdir. Bu səbəbdən 21-22 iyun tarixlərində ABŞ-yə planlaşdırılan səfərimi ləğv etmək qərarına gəldim".
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Fransada keçirilmiş G7 sammitindən sonra İtaliya Baş naziri Ciorcia Meloninin birlikdə şəkil çəkdirmək üçün ona yalvardığını iddia edib. Bu, ciddi qalmaqala səbəb olub.
Meloni Trampın sözlərini uydurma adlandırıb: “Sözün açığı mən dəhşətə gəlmişəm. Bilmirəm ki, niyə ABŞ Prezidenti öz müttəfiqləri ilə belə rəftar edir? Bu, birinci dəfə deyil. Təəssüflər olsun ki, o, Qərbin və ABŞ-ın düşmənləri ilə münasibətdə eyni qətiyyəti göstərmir, onlarla daha mehriban davranır. O, bir məsələni yadda saxlamalıdır ki, İtaliya və mən heç vaxt yalvarmırıq”.
“AzPolitika.info”

Şərhlər