ABŞ və İran arasında İsveçrədə baş tutması planlaşdırılan danışıqlar Məhərrəm ayı səbəbindən ləğv olunub.

Pakistan mediasının xəbərinə görə, bunu Pakistanın xarici işlər naziri İshaq Dar jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, danışıqlar Məhərrəm ayından sonra davam etdiriləcək, bununla yanaşı, müzakirələri irəli aparmaq üçün növbəti 60 gün ərzində səylər davam etdiriləcək.

İshaq Dar Pakistanın gələcəkdə dəvət olunacağı istənilən iclasa və ya tədbirə qatılmağa hazır olduğunu vurğulayıb.

XİN rəhbəri İranın sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin vida mərasimində iştirak edəcəyini təsdiqləyib. /Apa