ABŞ Prezidenti Donald Tramp İrandakı mövcud hərbi-siyasi vəziyyət və rəsmi Vaşinqtonun Tehran siyasəti ilə bağlı növbəti kəskin və iddialı bəyanatla çıxış edib. Tramp İranın hərbi gücünün tamamilə iflic olduğunu iddia edərək, daxili siyasi rəqiblərini - Demokratlar Partiyasını kəskin tənqid atəşinə tutub.
“AzPolitika” xəbər verir ki, ABŞ lideri öz bəyanatında İranın hərbi potensialının müharibə nəticəsində yox olduğunu vurğulayıb:
"Müharibə İranı zəiflətdi! Onun artıq nə Hərbi Hava Qüvvələri (HHQ), nə Hərbi Dəniz Qüvvələri (HDQ), nə Hava Hücumundan Müdafiə (HHM) vasitələri, nə də radarları qalıb, demək olar ki, əllərində heç nə qalmayıb. Amma buna baxmayaraq, demokratlar (Tramp mətndə ingilis dilindəki "dumb" - axmaq sözünə eyham vuraraq onlara qarşı təhqiramiz ifadə işlədib - red.) iddia edirlər ki, guya İran hazırda dörd ay əvvəlkindən daha yaxşı vəziyyətdədir. Belə bir cəfəngiyatın cəzasız qalmasını təsəvvür edirsiniz? Bəzi insanlar nə qədər axmaq ola bilər?"
Tramp ABŞ-nin danışıqlarda və ya xarici siyasət addımlarında geri çəkilmədiyini, əksinə, Tehranın tamamilə dalana dirəndiyini qeyd edib:
"Biz çarəsiz olduğumuz üçün addım atmadıq, çarəsiz vəziyyətdə olan İrandır. Onların işi bitdi! Biz 60 gün gözləyəcəyik. Onlar bircə qəpik də, reallıqda heç on sent də ala bilməyəcəklər!"
“AzPolitika.info”

Şərhlər