ABŞ və İran arasında təxirə salınmış danışıqların bərpası ilə bağlı müzakirələr davam edir.
"Axios"un məlumatına görə, İranın xarici işlər naziri Abbas Əraqçının bu gün İsveçrəyə səfəri planlaşdırılır, lakin proqram son anda dəyişdirilə və ya ləğv oluna bilər.
Eyni zamanda, ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkofun mümkün nüvə sazişi və digər məsələlərlə bağlı məsləhətləşmələrin ilkin mərhələsi üçün İsveçrəyə getdiyi bildirilir.
Məlumata əsasən, daha əvvəl Bürgenstokda keçirilməsi nəzərdə tutulan ABŞ-İran görüşü təxirə salınsa da, tərəflər diplomatik təmasların bərpası imkanlarını nəzərdən keçirirlər.
Əraqçı Livanda sabit atəşkəsin Tehran üçün əsas şərtlərdən biri olduğunu bildirib və bunun Vaşinqtonla aparılan danışıqların gələcəyinə təsir etdiyini vurğulayıb.
"AzPolitika.info"

Şərhlər