Menu

Vens İranla danışıqlar aparmaq üçün İsveçrəyə yola düşüb

21.06.2026, 07:58
Vens İranla danışıqlar aparmaq üçün İsveçrəyə yola düşüb

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens İran nümayəndə heyəti ilə danışıqlarda iştirak etmək üçün ABŞ-dan İsveçrəyə yolda düşüb.

APA xəbər verir ki, bu barədə onun köməkçisi Lyuk Şreder öz “X” hesabında məlumat verib.

"Vitse-prezident Ceyms Devid Vens Vaşinqtondan İsveçrəyə uçdu”, - o yazıb.

İsveçrədə keçiriləcək ABŞ-İran danışıqları bir neçə gün davam edə bilər.

Bunu isə Ceyms Devid Vens özü bildirib.

"Bu prosesə düzgün başlamaq üçün bir neçə gün danışıqlar aparacağıq. Mən orada bir-iki gün qala bilərəm", - Vens deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol