Menu

18 yaşlı qız tanışı olan oğlanı bıçaqlayıb

22.06.2026, 09:56
18 yaşlı qız tanışı olan oğlanı bıçaqlayıb

Sumqayıtda 18 yaşlı qız tanışını bıçaqlayıb.

Hadisə şəhər ərazisində yerləşən mənzillərdən birində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 18 yaşlı G.Ə aralarında yaranmış münaqişə zəminində 20 yaşlı Q.B-ya bıçaqla xəsarət yetirib.

Yaralı dərhal xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən G.Ə müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırmalar aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol