Menu

“Münaqişəyə qarışmağa hərbi əsas yoxdur” - Belarus müdafiə nazirindən Zelenskiyə cavab

22.06.2026, 10:13
“Münaqişəyə qarışmağa hərbi əsas yoxdur” - Belarus müdafiə nazirindən Zelenskiyə cavab

Minskin Ukraynadakı münaqişəyə qarışması üçün heç bir hərbi səbəb yoxdur. 

“AzPolitika” xəbər verir ki, bunu Belarus müdafiə naziri Viktor Xrenin deyib.

Nazirin “Belarus 1” telekanalında yayımlanan açıqlamasında deyilir: "Biz baş verənləri izləyirik. Əlbəttə ki, sərhədçilərimizlə birgə dövlət sərhədinin qorunmasını təmin etmək üçün sərhəddə müəyyən qüvvələr saxlayırıq, lakin minimal sayda".

Qeyd edək ki, ötən cümə günü Ukrayna Prezidenti Volodimir Zelenski Belarusdan Rusiya dronlarını yönləndirməyə kömək edən sərhəd ərazilərində quraşdırılmış retranslyatorları yığışdırmağı tələb etmişdi və demişdi ki, bunu 1 həftə ərzində Belarus etməsə, Ukrayna özü edəcək. Hələlik Belarus Prezidenti Aleksandr Lukaşenko Zelenskinin ultimatumuna heç bir reaksiya verməyib. Onun müdafiə naziri isə göründüyü kimi, yalnız Belarusun Ukrayna ilə münaqişəyə qoşulması üçün hərbi əsasın olmadığını deməklə kifayətlənib.

“AzPolitika.info” 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol