Bir neçə gün əvvəl bəzi marketlərdə satışa çıxarılan 1-3 qəpiklik yumurta kampaniyası başa çatıb.

"AzPolitika" xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, vətəndaşların əksəriyyəti kampaniyadan yararlana bilməyib.

Alıcılar bildiriblər ki, endirimli qiymətlə satışa çıxarılan yumurtaların sayı məhdud olub. Bu səbəbdən məhsullar qısa müddətdə tükənib və mağazalara üz tutan bir çox şəxs endirimli məhsul əldə edə bilməyib.

Hazırda isə kampaniya başa çatıb. Marketlərdə iki gün əvvəl 1-3 qəpiyə təklif olunan yumurtalar yenidən əvvəlki qiymətlərə yaxın məbləğlərlə satılır. Əksər satış məntəqələrində bir ədəd yumurtanın qiyməti 15-19 qəpik arasında dəyişir.

"AzPolitika.info"