Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxma hallarının sayı 1 003-ə çatıb, 254 xəstə ölüb.
"Report" xəbər verir ki, bu barədə EFE agentliyi yerli hakimiyyətə istinadən məlumat yayıb.
Konqo hakimiyyətinin son hesabatında qeyd edilib ki, virusun hazırkı növünə yoluxma nəticəsində ölüm səviyyəsi 25 % təşkil edir.
"Zərər çəkmiş ərazilərdə tədqiqatlar, epidemioloji nəzarət və profilaktik tədbirlər fəal şəkildə davam etdirilir. Onlar epidemiyanın yayılmasının qarşısını almaq üçün əhalinin məlumatlandırılması və yardım göstərilməsində səylərini artırmağa davam edirlər", - hesabatda vurğulanıb.
Epidemiyanın episentri Konqonun şərqindəki İturi əyaləti olaraq qalır, burada 205 ölüm halı qeydə alınıb.

Şərhlər