Menu

Polşa Prezidenti sabah Türkiyəyə rəsmi səfər edəcək - FOTO

22.06.2026, 23:42
Polşa Prezidenti sabah Türkiyəyə rəsmi səfər edəcək - FOTO

Polşa Prezidenti Karol Navrotski 23-24 iyunda Türkiyədə rəsmi səfərdə olacaq.

Bu barədə məlumat Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin "X" sosial şəbəkə hesabında paylaşılıb.

"Polşa Prezidenti Karol Navrotski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 2026-cı ilin 23-24 iyununda Türkiyəyə rəsmi səfər edəcək", - paylaşımda bildirilib.

Qeyd olunub ki, səfər çərçivəsində keçiriləcək görüşlərdə Türkiyə və Polşa arasında münasibətlərin bütün aspektləri nəzərdən keçiriləcək və mövcud əməkdaşlığın inkişaf etdirilməsi üçün atıla biləcək addımlar müzakirə olunacaq.

Görüşlərdə ikitərəfli münasibətlərlə yanaşı, regional və qlobal məsələlər haqqında fikir mübadiləsinin aparılması da nəzərdə tutulur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol