2026-cı il dünya çempionatında I qrupunun II turunun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, turun maraqlı görüşlərindən birində Fransa millisi İraqla qarşılaşıb.
Matç Bakı vaxtı ilə saat 01:00-da başlayıb.
Görüşdə hesab 14-cü dəqiqədə açılıb. Kilian Mbappe uzaqdan dəqiq zərbə ilə Fransanı önə keçirib: 1:0.
İlk hissə bu hesabla başa çatıb.
Qarşılaşmanın ikinci hissəsinin startı güclü fırtına xəbərdarlığı səbəbindən gecikib.
Təhlükəsizlik məqsədilə stadiondakı azarkeşlərdən tribunaları boşaltmaları istənilib. Komandaların meydana çıxışı isə hava şəraiti ilə bağlı saat 04:00-a qədər təxirə salınıb.
Matç bərpa olunandan sonra Fransa hesab arasındakı fərqi artırıb. 55-ci dəqiqədə Mbappe özünün və komandasının 2-ci qolunu vurub.
67-ci dəqiqədə hesab 3:0 olub. Bu dəfə Osman Dembele fərqlənib.
Görüş bu hesabla başa çatıb.
Qeyd edək ki, I qrupunun digər oyununda Norveç Seneqalla üz-üzə gələcək.
Dünya çempionatı
I qrupu, II tur
23 iyun
01:00. Fransa – İraq 3:0
Qol: K. Mbappe, 14, 55, O. Dembele, 67

Şərhlər