ABŞ-nin NATO-ya verdiyi töhfələr çox yüksəkdir.

APA xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Avropa ölkələrinin İranla müharibədə yardımdan imtina etmək qərarına münasibət bildirərkən bildirib.

"Beləliklə, biz bütün bu pulları xərclədik – yəqin ki, 600... Düzdür, biz hər il təxminən 600 milyard dollar xərcləyirdik, elə deyilmi? Bir düşünün: NATO-ya xərclədiyimiz məbləğlər sadəcə ağlasığmazdır, amma onlar bizə kömək etmədilər”, - Tramp deyib.

ABŞ liderinin sözlərinə görə, əgər ABŞ hətta kiçik məsələlərdə də yardım ala bilmirsə, o zaman Vaşinqtonun da yardım göstərməkdən imtina etmək hüququ var.

Qeyd edək ki, bundan öncə Tramp Avropanın İran məsələsində ABŞ-yə kömək etməkdən imtina etməsini axmaqlıq adlandırmışdı.