Bu gün - iyunun 23-ü Azərbaycanda Dövlət Qulluqçularının Peşə Bayramı Günüdür. Bu tarix Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilib.
"AzPolitika" Dövlət Statistika Komitəsinin rəsmi hesabatlarına istinadən xəbər verir ki, hazırda ölkədə dövlət qulluqçularının sayı, onların gender tərkibi, yaş qrupları və əməkhaqlarının səviyyəsi ilə bağlı dinamika müəyyənləşib.
Rəsmi məlumatlara görə, Azərbaycanda dövlət qulluqçularının ümumi sayı 27,3 min nəfər təşkil edir. Onların tərkibində gender bölgüsü aşağıdakı kimidir:
Kişilər: 68,6%
Qadınlar: 31,4%.
Dövlət qulluqçularının ümumi sayının 13,7 mini (təxminən yarısı) paytaxt Bakı şəhərində fəaliyyət göstərir. Naxçıvan MR-da isə bu göstərici 2,2 min nəfərdir.
Dövlət qulluğunda çalışanların orta aylıq nominal əməkhaqqı əvvəlki illə müqayisədə 4,5% artıb.
Maaşların həcmi dövlət qulluqçusunun tutduğu vəzifə qrupundan, təsnifatından və qulluq stajından asılı olaraq dəyişir.
Təhlillər göstərir ki, dövlət qulluğu aparatında çalışanların yarısına yaxını orta stajlı kadrları əhatə edir. Qulluq stajına görə bölgü belədir:
1 ildən 10 ilə qədər stajı olanlar: 47,2%
15 il və daha çox stajı olanlar: 27,4%
1 ilədək stajı olanlar (yeni kadrlar): 6,6%
Çalışanların yaş strukturunda gəncləşmə meyilləri müşahidə olunur. Belə ki, hazırda dövlət qulluqçularının təxminən 33%-i 35 yaşadək olan şəxslərdir.
Rasim
"AzPolitika.info"

Şərhlər