Regionda davamlı sülh, sabitlik və inkişaf yalnız açıq dialoq, qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq yolu ilə təmin edilə bilər.
"Report" xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Pakistanın Baş naziri Şahbaz Şəriflə görüşdə deyib.
"İran yeni regional təhlükəsizlik çərçivəsi qurmaq üçün Pakistana dostluq əlini uzatmağa hazırdır", - o bildirib.
Pezeşkian həmçinin sülh prosesinin dəstəklənməsində Qətər, Səudiyyə Ərəbistanı, Türkiyə və Misirin rolunu yüksək qiymətləndirib.
Pakistanın Baş naziri Şahbaz isə öz çıxışında Pezeşkianın uzaqgörən rəhbərliyini tərifləyib və Anlaşma Memorandumunun imzalanmasını alqışlayaraq, bunun regionda yeni sülh, sabitlik və rifah dövrünün başlanğıcı olacağına ümid etdiyini bildirib:
"Bu razılaşma bütün region üçün sülh, sabitlik və rifahın yeni erasına yol açacaq".

Şərhlər