Bu ilin yanvar-may aylarında Azərbaycanda nağd xarici valyutanın alışı satışını 311 milyon ABŞ dolları üstələyib.

"AzPolitika" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, həm nağd, həm də qeyri-nağd seqmentlərdə özünü göstərib.

Bundan başqa, rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi son 12 ayda 2,8 faiz bəndi azalaraq mayda 27 %-ə düşüb.

Yanvar-may aylarında ölkəyə daxil olan pul baratlarının məbləği ötən ilin eyni dövrünə nəzərən 28,8 % artaraq 560,1 milyon ABŞ dolları təşkil edib.

"Xarici sektor göstəriciləri əlverişli olaraq qalır. İlin sonuna cari əməliyyatlar hesabının profisitinə dair proqnozun daha da yaxşılaşması gözlənilir. Bu, son aylarda qlobal enerji qiymətlərinin yüksəlməsi, eləcə də qeyri-neft-qaz ixracı üzrə müsbət meyillərin davam etməsi ilə bağlıdır". - deyə AMB bəyan edib.