Ukrayna böhranının diplomatik həlli hələ də mümkündür, lakin Rusiya müvəqqəti həll yollarına və ya ultimatumlara vaxt itirməyəcək.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov “Primakov qiraətləri” forumunda bildirib.

Onun sözlərinə görə, nizamlama məsələsindəki top bu gün Rusiyanın meydanında deyil: “Baxmayaraq ki, bu topu daha çox ofsayd mövqeyindən bizə ötürməyə çalışırlar”.

XİN rəhbəri Rusiyanın Ukrayna ilə bağlı danışıqlara başlamaq üçün şərt kimi cəbhə xəttində dayanmayacağını vurğulayıb.

Lavrov deyib ki, Fransa və Böyük Britaniyadan nümayəndələr dialoq üçün Rusiyaya gəliblər.

“Biz heç vaxt gəlib danışmaq xahişini rədd etmirik. Moskva bu söhbətlərin qiymətini bilir”, - Rusiya xarici işlər naziri fikrini yekunlaşdırıb.