İran Prezidenti Məsud Pezeşkian Pakistana səfəri çərçivəsində Pakistan Tibb və Cərrahiyyə Kolleci (CPSP) tərəfindən ürək cərrahiyyəsi sahəsində fəxri doktor adına layiq görülüb.
İslamabadda Baş nazirlikdə keçirilən mərasimdə mükafatı Pezeşkiana Pakistanın Baş naziri Şahbaz Şərif təqdim edib. Tədbirdə Pakistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, feldmarşal Seyid Asim Münir və digər yüksək vəzifəli şəxslər də iştirak ediblər.
Mərasim zamanı iki ölkə arasında dostluq münasibətləri və səhiyyə sahəsində əməkdaşlığın əhəmiyyəti də vurğulanıb. Pezeşkiana fəxri doktor adının təqdim olunması ilə bağlı görüntülər sosial şəbəkələrdə geniş yayılıb.
"AzPolitika.info"


Şərhlər