Menu

İran və Körfəz ölkələri arasında danışıqlar nəzərdə tutulur

24.06.2026, 17:31
İran və Körfəz ölkələri arasında danışıqlar nəzərdə tutulur

İran və Körfəz ölkələri arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş danışıqların Səudiyyə Ərəbistanında keçirilməsi gözlənilir.

Bu barədə AFP görüş üçün hazırlıqlardan məlumatlı olan diplomata istinadən məlumat yayıb.

Diplomatın sözlərinə görə, müharibədən sonrakı dövrdə Körfəz ölkələri, İran və ehtimal ki, digər regional qonşular arasında münasibətlərin yaxşılaşdırılmasına həsr olunmuş sammitin Ər-Riyadda keçirilməsi planlaşdırılır.

O qeyd edib ki, bu görüşlər ABŞ və İran arasında davam edən danışıqlardan müstəqil şəkildə təşkil olunacaq.

Tədbirin dəqiq tarixi hələlik açıqlanmayıb. /Apa

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol