Menu

ABŞ Türkiyəyə 700 milyon dəyərində bu texnologiyadan satacaq - Konqresin etirazlarına baxmayaraq

24.06.2026, 22:12
ABŞ Türkiyəyə 700 milyon dəyərində bu texnologiyadan satacaq - Konqresin etirazlarına baxmayaraq

ABŞ Prezidenti Donald Trampın administrasiyası Konqresin etirazlarına baxmayaraq, Türkiyəyə yüz milyonlarla dollar dəyərində reaktiv mühərriklərin satışını təsdiqləməyi planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən bildirib.

Söhbət Ankaranın müdafiə sahəsində özünütəminat qabiliyyətini artırmaq səyləri çərçivəsində 2016-cı ildə başlanmış irimiqyaslı layihə olan ilk Türkiyə qırıcı təyyarəsi "Kaan"da istifadə olunacaq "General Electric" mühərriklərindən gedir.

Mənbələrdən birinin məlumatına görə, paketin dəyəri 700 milyon dollardan çox ola bilər.

Sövdələşmə bu ilin iyul ayında keçiriləcək NATO sammiti ərəfəsində atılmış mühüm addım kimi qiymətləndirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol