2026-cı ilin yanvar – may ayları ərzində Azərbaycanda banklar 557.1 milyon manat xalis mənfəət əldə ediblər.
"APA-Economics" xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 29,35% çoxdur.
Hesabat dövründə banklar 837.5 milyon manat məbləğində əməliyyat mənfəəti əldə ediblər. Müvafiq dövrdə banklar tərəfindən ümumilikdə 134.7 milyon manat məbləğində mənfəət vergisi ödənilib.

Şərhlər