Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyası yeni parlamentin spikerliyinə namizəd seçəcək.
“AzPolitika” xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan hökumət brifinqində bildirib.
Paşinyan bu məsələ ilə bağlı mövqeyini bildirməkdən və ad çəkməkdən çəkinib. Əvəzində, Baş nazir bu gün “Vətəndaş Müqaviləsi” Partiyasının idarə heyətinin iclasının keçiriləcəyini və orada qapalı, gizli səsvermə yolu ilə bir namizədin seçiləcəyini açıqlayıb. Bundan sonra ictimaiyyətə məlumat veriləcək.
"Mən də həmkarlarım kimi qapalı, gizli səsvermə yolu ilə səs verəcəyəm", - deyə Paşinyan bildirib.
Baş nazir həmçinin Ermənistan hökumətində heç bir dəyişiklik planlaşdırılmadığını bildirib.
Ermənistan mediasında yayılan məlumatlara görə, yeni parlamentin spikerliyinə namizədlər Alen Simonyan (parlamentin hazırkı spikeri), Ruben Rubinyan (hazırkı vitse-spiker) və Hayk Konjoyandır (Vətəndaş Müqaviləsi fraksiyasının hazırkı rəhbəri).
Onu da qeyd edək ki, erməni mediasında Simonyanın Ermənistan Prezidenti postunu hədəflədiyi barədə məlumatlar yayılıb.
“AzPolitika.info”

Şərhlər