Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsində çətin günlər yaşaması Kreml təbliğatçılarının əhvali-ruhiyyəsindən də hiss olunmağa başlayıb.
“AzPolitika” xəbər verir ki, Kremlin əsas və iddialı təbliğatçılarından olan Vladimir Solovyov son efirində kifayət qədər məyus görünüb və buna baxmayaraq, “lazım gələrsə” özü də müharibəyə getməyə hazır olduğunu deyib.
Solovyov hazırda informasiya müharibəsilə məşğul olduğunu qeyd edib, lakin eyni zamanada, “qoca snayper” kimi döyüşə qatılmağa hazır olduğunu iddia edib: “Qalib gəlmək lazımdır... Əgər bu məqsəd üçün qoca snayper lazımdırsa, mən həmişə hazıram. İndi(cəbhədə tərəflər arasında) məsafələr elədir ki, yaxınlaşmaq lazımdır. Amma eybi yox. İnformasiya müharibəsində də... İnformasiya müharibəsi bir neçə baza komponentindən ibarətdir. Onun hücum hissəsindən əlavə, müdafə hissəsi də var”.
Xatırladaq ki, müharibə ərəfəsində və savaşın ilk günlərində Solovyov Ukraynanı bir neçə günə məğlub edəcəklərini deyirdi və əlavə edirdi ki, Rusiya “qaşını qaldırsa”, bu, Ukraynanın təslim olması üçün kifayətdir. İndi, müharibənin 5-ci ilində isə “lazım gələrsə”, müharibəyə “qoca snayper” kimi qoşulmağa guya hazır olduğunu deyir...
Digər yandan, Solovyovun özünün iki oğlu müharibəyə qoşulacaq yaşdadırlar. Ancaq onlardan biri İngiltərədə yaşayır və klip çəkir, digəri isə Moskvada modelyerdir. Onların heç biri cəbhəyə getməyi ağlından belə keçirmir...
C.Məmmədli
“AzPolitika.info”

Şərhlər