Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamiltonla görüşüb.
H. Hacıyev bu barədə "X" sosial şəbəkə hesabında yazıb.
"Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır və biz əməkdaşlığın müxtəlif sahələrində əhəmiyyətli nəticələr əldə etmişik", - o bildirib.
H. Hacıyev əlavə edib ki, görüşdə Azərbaycan-NATO münasibətlərinin möhkəmləndirilməsi istiqamətində əldə edilmiş irəliləyiş müzakirə olunub:
"Biz həmçinin Azərbaycan–NATO tərəfdaşlığının müxtəlif aspektləri üzrə məzmunlu müzakirələr apardıq və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi etdik".

Şərhlər