Konqo Demokratik Respublikasında Ebola virusundan təsdiqlənmiş ölüm hallarının sayı son 24 saatda 13 nəfər artaraq 304-ə çatıb.
"Report" xəbər verir ki, bu barədə Konqo Demokratik Respublikasının Rabitə və Media ilə İş Nazirliyi gündəlik bülletenində məlumat yayıb.
Məlumata görə, yoluxma hallarının sayı 37 nəfər artaraq 1 155-ə çatıb. Ölüm nisbəti 26,3 %-dir.
Hazırda xəstəxanalarda və təcridxanalarda 326 xəstə var. Təmas izlənməsi 79,2 %-ə çatıb.
Xəstəlikdən ümumilikdə 138 nəfər tam sağalıb və tibb müəssisələrindən evə buraxılıb.
Ebola epidemiyası 15 mayda Konqo Demokratik Respublikasının şərqində başlayıb. Onun episentri İturi əyalətidir. Virusa yoluxma və ölüm halları qonşu Uqandada da qeydə alınıb.

Şərhlər