“The Wall Street Journal” (WSJ) peyk görüntüləri, təsdiqlənmiş videolar və hazırkı və keçmiş ABŞ hərbçilərinə istinadən bildirib ki, İranın raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar Bəhreyndə yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin bazasına ciddi ziyan vurub.
Nəşrin məlumatına görə, hücum nəticəsində ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının qərargahı, ən azı 12 bina, iki peyk rabitə sistemi, logistika anbarları, kazarmalar, yeməkxana, su çəni, böhran idarəetmə mərkəzi, eləcə də 59-cu Xüsusi Təyinatlı Qüvvələrin, pilotsuz sistemlər və süni intellekt bölməsinin yerləşdiyi kompleks zərər görüb.
WSJ yazır ki, dəymiş ziyanın bərpası təxminən 400 milyon dollara başa gələ bilər. Pentaqon isə indiyədək zərərin miqyası ilə bağlı rəsmi açıqlama verməyib.
"AzPolitika.info"

Şərhlər