Menu

Subasma halları ehtimal olunur - XƏBƏRDARLIQ

26.06.2026, 14:55
Subasma halları ehtimal olunur - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında iyunun 27-si axşamdan 28-i səhərədək gözlənilən yağış leysan xarakterli intensiv olacaq, şimşək çaxacaq. Gecə saatlarında yağışın qısa müddətə güclənəcəyi ehtimalı var.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, iyunun 28-də havanın nisbətən sərin keçəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit, fasilələrlə yağıntılı hava şəraitinin iyunun 28-i axşamadək davam edəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda, o cümlədən Kür, Araz və Qanıx çaylarında sululuğun artacağı, bəzi dağ çaylarında isə qısamüddətli daşqın və sel hadisələrinin baş verəcəyi, eyni zamanda bəzi həssas ərazilərdə subasma halları ehtimal olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol