Rubionun Alyaskada razılaşmanın olmaması ilə bağlı açıqlamaları suallar doğurur.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
O, Ukraynadakı münaqişənin nizamlanmasında ABŞ-ın rolu ilə bağlı "aydınlıq" gətirilməsinə çağırıb.
Qeyd edək ki, ABŞ dövlət katibi Marko Rubio ötən ilin avqustunda Alyaskada keçirilən görüşdə təklif olduğunu, heç bir razılaşma olmadığını açıqlayıb.
Rubio hesab edir ki, Putin və Tramp Ankoricdə Ukraynadakı nizamlama ilə bağlı yekun razılığa gələ bilməyiblər. O qeyd edib ki, ABŞ nizamlamada konstruktiv rol oynamağa hazırdır.

Şərhlər