Menu

Tramp İranı atəşkəsi pozmaqda ittiham edib

26.06.2026, 20:50
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib

İran İslam Respublikası Hörmüz boğazından keçən gəmilərə ən azı dörd dəfə dronla hücum edib.

Bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social"da yazıb.

Onun sözlərinə görə, dronlardan biri yük daşıyan gəminin yuxarı göyərtəsinə çırpılıb:

"Zərər dəysə də, amma gəmi yoluna davam edə bilib. Biz digər üç dronu vurduq. Aydındır ki, bu, atəşkəs sazişimizin pozulmasıdır".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol