Pakistanda 5,5 maqnitudalı zəlzələ baş verib. Bu barədə ölkənin Milli Seysmologiya Mərkəzi məlumat yayıb.
Hələlik itki və ya dağıntılar barədə məlumat yoxdur.
Qeyd edək ki, bundan bir neçə saat əvvəl, cümə günü axşam saatlarında ölkədə 5,3 maqnitudalı zəlzələ qeydə alınmışdı. Milli Seysmologiya Mərkəzinin məlumatına görə, onun ocağı 75 km dərinlikdə yerləşib.

Şərhlər