Menu

Tehranda qaz balonu partlayıb - 6 nəfər yaralanıb

27.06.2026, 11:38
Tehranda qaz balonu partlayıb - 6 nəfər yaralanıb

İranın paytaxtı Tehranın Pərvin bulvarında qaz balonunun partlaması nəticəsində 6 nəfər yaralanıb.

"Tasnim" xəbər verir ki, hadisə iyunun 26-sı axşam saatlarında baş verib.

"Yerli vaxtla saat 22:30 radələrində Tehran əyalətinin təcili tibbi yardım mərkəzinə partlayış barədə məlumat daxil olub. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib", - məlumatda bildirilib.

Hadisənin səbəbləri araşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol