Menu

Bakı–Naxçıvan aviareysləri ləğv olundu

27.06.2026, 14:39
Bakı–Naxçıvan aviareysləri ləğv olundu

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) bu günə planlaşdırılan Bakı–Naxçıvan reysləri təyinat aeroportunda müşahidə olunan ildırımlı hava şəraiti səbəbindən ləğv edilib.

 AZAL xəbər verir ki, sərnişinlərə mümkün dəyişikliklərlə bağlı ətraflı məlumat veriləcək və hava şəraiti sabitləşdikdən sonra uçuşlar ştat rejimdə icra edilməyə davam edəcək.

AZAL-da bütün qərarlar sərnişinlərin və ekipajın təhlükəsizliyinin təmin olunması məqsədilə qəbul edilir, beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun şəkildə həyata keçirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol