Menu

Ukrayna bir MİQ-29 döyüş təyyarəsi itirib – Pilot sağ qalıb...

27.06.2026, 18:00
Ukrayna bir MİQ-29 döyüş təyyarəsi itirib – Pilot sağ qalıb...

Ukrayna Hərbi Hava Qüvvələri (HHQ) döyüş tapşırığının icrası zamanı MiQ-29 qırıcısının itirildiyini bildirib.

Ukrayna mediası xəbər verir ki, bu barədə ölkənin Hərbi Hava Qüvvələrinin məlumatında deyilir.

Məlumata görə, iyunun 27-nə keçən gecə pilotu Ukraynanın Poltava vilayəti səmasında döyüş tapşırığını yerinə yetirən MiQ-29 qırıcısı ilə əlaqə kəsilib.

"Təyyarənin itirildiyini təsdiqləyirik, lakin ukraynalı pilot uğurla katapult edib, axtarış-xilasetmə komandası ilə əlaqə saxlayıb və müayinə olunmaq, eləcə də lazımi yardımın göstərilməsi üçün operativ şəkildə tibb müəssisəsinə çatdırılıb", – qurumdan əlavə ediblər.

“AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol