Menu

Vuçiç yaxın həftələrdə vəzifəsini tərk edəcəyini açıqlayıb

27.06.2026, 22:54
Vuçiç yaxın həftələrdə vəzifəsini tərk edəcəyini açıqlayıb

Serbiya Prezidenti Aleksandar Vuçiç yaxın həftələrdə vəzifəsini tərk edəcəyini və ölkədə növbədənkənar prezident və parlament seçkilərinin keçiriləcəyini açıqlayıb.

APA xəbər verir ki, Vuçiç bu barədə Belqradda tərəfdarlarının iştirakı ilə keçirilən mitinqdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, dövlət başçısı postunda fəaliyyətinin "son günləri və həftələri" başlayıb. Vuçiç qeyd edib ki, səlahiyyət müddəti 2027-ci ildə başa çatsa da, ölkə növbədənkənar seçkilərə gedəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol