Türkiyənin Kayseri vilayətində bıçaqlı hücum nəticəsində iki nəfər ölüb.

"Report"un "TRT Haber"ə istinadən məlumatına görə, hadisə Qocasinan vilayətində yerləşən məscidlərin birinin önündə baş verib.

İlkin məlumata əsasən, psixoloji problemləri olan Mehmet A. məscidin önündəki iki nəfərə bıçaqla hücum edib. Onların hər ikisi hadisə yerində ölüb.

Mehmet A. jandarm tərəfindən saxlanılıb. Hadisənin təfərrüatları araşdırılır.