Ağdərədə bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

"Report"un Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Vəngli kəndində qeydə alınıb.

Belə ki, "Niva" və sərnişin mikroavtobusu toqquşub. Hadisə nəticəsində mikroavtobusun sərnişinləri: 1966-cı il təvəllüdlü Hacıyeva Nərgiz Əmrah qızı, 2011-ci il təvəllüdlü Babayeva Minarə Elnur qızı, 1989-cu il təvəllüdlü Həsənova Həcər Əli qızı, 1984-cü il təvəllüdlü İmanova Raidə Bəxtiyar qızı, 2018-ci il təvəllüdlü İmanov Hüseyn Pərviz oğlu xəsarət alıblar.

Yaralılar Bərdə Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Qeyd edək ki, mikroavtobusun sərnişinləri tur çərçivəsində Qarabağa gəzməyə gedirmiş.

Faktla bağlı araşdırma aparılır.