Fransanın şimal-şərqində Almaniyada qeydiyyatda olan "Pilatus" təyyarəsinin qəzaya uğraması nəticəsində 11 nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə Myort və Mozel departamentinin administrasiyasına istinadən "Agence France-Presse" məlumat yayıb.

Həlak olanlar arasında beş təlimçi, beş həvəskar paraşütçü və pilot var.

Fransanın daxili işlər naziri Loran Nunyes hadisə yerinə gedib.