"Opta" statistika platformasından olan superkompüter, DÇ-2026-nın pley-off mərhələsindən əvvəl Fransanı mundialın əsas favoriti adlandırıb.
"Report" xəbər verir ki, Fransanın qələbəsi 18,7 % olaraq qiymətləndirilir.
İlk üç favorit arasında Argentina (16,3 %) və İspaniya (13,5 %) də var.
Dünya çempionatı 11 iyun - 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçirilir. Hazırkı dünya çempionları 2022-ci ilin final matçında Fransanı məğlub edən Argentinadır.

Şərhlər