ABŞ Prezidenti Donald Tramp kommunizmi ölkəsinin mövcud olduğu dövrdə ən böyük təhlükə kimi qiymətləndirdiyini açıqlayıb.

"AzPolitika"nın məlumatına görə, D. Tramp bu barədə “Truth Social” platformasında paylaşım edib.

Prezident kommunist ideologiyasını ABŞ tarixində baş vermiş ən ağır sınaq və faciələrlə eyniləşdirərək bildirib ki, Birinci və İkinci Dünya müharibələri, həmçinin 11 sentyabr terror aktlarından sonra ölkə üçün ən ciddi təhlükə məhz kommunizmdir..