Menu

24 yaşlı oğlanı cərəyan vuraraq öldürüb

29.06.2026, 10:18
24 yaşlı oğlanı cərəyan vuraraq öldürüb

Ağcabədi rayonunda 24 yaşlı oğlanı elektrik cərəyanı vuraraq öldürüb.

Hadisə rayon ərazisində təmir-bərpa işləri aparılan zaman qeydə alınıb. "Azərişıq" ASC-nin əməkdaşı, 2002-ci il təvəllüdlü, Ağcabədi sakini Vəli Süleymanov elektrik dirəyində işləyərkən onu cərəyan vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol