Menu

Dörd nəfər avtomobildə yanıb – Ermənistan DİN cinayət işi açıb

29.06.2026, 15:19
Dörd nəfər avtomobildə yanıb – Ermənistan DİN cinayət işi açıb

Ermənistanda İrəvan– Arazdəyən avtomobil yolunda yanmış avtomobildə dörd nəfərin meyiti aşkar edilib.

“AzPolitika” xəbər verir ki, Ermənistanın Daxili İşlər Nazirliyinə istinadən yaydığı məlumata görə, hadisə iyunun 29-da səhər saat 04:50 radələrində Ovşar (ermənilər Surenavan kimi dəyişib-red) kəndi yaxınlığında qeydə alınıb.Fövqəladə Hallar Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq alovu söndürüblər.

Yanğın söndürüldükdən sonra “Nissan Rogue” markalı avtomobilin salonunda əvvəlcə üç nəfərin yarıyanmış meyiti aşkar edilib. Bir neçə saat sonra isə hadisə yerində daha bir meyit tapılıb.

Hadisə ilə bağlı cinayət işi başlanıb. Hüquq-mühafizə orqanları ölənlərin şəxsiyyətini müəyyənləşdirir və yanğının başvermə səbəblərini araşdırır.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol