Menu

"Ermənistan Gümrüdəki Rusiya hərbi bazasını bağlamağı düşünmür" - Rəsmi Moskva

29.06.2026, 17:17
"Ermənistan Gümrüdəki Rusiya hərbi bazasını bağlamağı düşünmür" - Rəsmi Moskva

Ermənistandan Gümrüdəki Rusiya hərbi bazasının statusuna yenidən baxılması ilə bağlı hələlik heç bir siqnal daxil olmayıb.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

“Bundan əlavə, Ermənistan tərəfi rəsmi olaraq İrəvanın Gümrüdəki Rusiya hərbi bazasının bağlanmasını düşünmədiyini bildirib”, - Rusiya XİN başçısının müavini 102-ci baza ilə bağlı müqavilənin şərtlərinin yenidən nəzərdən keçirilməsinin mümkünlüyü ilə bağlı suala cavab olaraq deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol