Konqo Demokratik Respublikasında Ebola virusuna təsdiqlənmiş yoluxma hallarının sayı 1307-ə çatıb.

APA xəbər verir ki, bu barədə ölkənin Rabitə və Kütləvi İnformasiya Vasitələri Nazirliyi məlumat yayıb.

Məlumata görə, Ebola virusundan ölənlərin sayı 377-yə yüksəlib. Ölüm göstəricisi 28,8% təşkil edir.

Hazırda xəstəxana və tibbi izolyasiya mərkəzlərində 615 nəfər müalicə alır. 180 nəfər isə tam sağalaraq evə buraxılıb. Yoluxanlarla təmasda olan şəxslərin izlənilməsi göstəricisi 81,3%-ə çatıb.

Qeyd edək ki, hazırkı Ebola epidemiyası mayın 15-də Konqo Demokratik Respublikasının şərqində və Uqandada başlayıb. Virus Konqonun üç əyalətini əhatə edib. Uqandada isə indiyədək 20 yoluxma halı qeydə alınıb, onlardan iki nəfər ölüb.