Elm və təhsil naziri Emin Əmrullayev hesab edir ki, təhsil sahəsində sistemli korrupsiya yoxdur.
"Report"un məlumatına görə, nazir IX ADA Beynəlxalq Təhsil Konfransında çıxışı zamanı diqqətə çatdırıb ki, şagirdlərin ali təhsil müəssisələrinə qəbulu, yerdəyişməsi, müəllimlərin işə qəbulu və digər mühüm proseslərdə rüşvət və korrupsiya hallarının böyük ölçüdə aradan qaldırılmasına nail olunub.
O qeyd edib ki, hazırda təhsil sistemində sistemli korrupsiya mövcud deyil".

Şərhlər