Rusiyanın ayrı-ayrı Ermənistan ixracatçılarına qarşı məhdudiyyətlər tətbiq etməsi Ermənistanın ümumi makroiqtisadi göstəricilərinə ciddi təsir göstərməyib və Ermənistan iqtisadiyyatı aktivlik nümayiş etdirməyə davam edir. 

“AzPolitika” xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan yerli jurnalistlərə açıqalmasında deyib.

Hətta Rusiyaya heç vaxt yumurta və ya əlaqəli məhsullar ixrac etməyən Ermənistan quşçuluq şirkətlərinin belə Moskvanın sanksiyalarına və idxal qadağalarına məruz qalması ilə bağlı suala cavab olaraq Paşinyan qeyd edib ki, bu tədbirlər müəssisələrin fəaliyyətini əhəmiyyətli dərəcədə dəyişməyib: "Özünüz görə bilərsiniz ki, təkcə bu ilin may ayı üçün iqtisadi aktivlik göstəricisi 11% olub və yanvar-may ayları arasında illik dövrdə 8%-i keçib. Təsirlər həmişə olur, amma rəqəmlər özləri hər şeyi açıq göstərir".

Paşinyan əlavə edib ki, müvafiq qurumlar yekun nəticəyə gəlmək üçün vəziyyətin ətraflı təhlilini davam etdirirlər.

“AzPolitika.info”