Menu

Azərbaycanın Türkiyədəki səfirliyinə yeni təhsil müşaviri təyin edilib

01.07.2026, 12:14
Azərbaycanın Türkiyədəki səfirliyinə yeni təhsil müşaviri təyin edilib

Azərbaycan Respublikasının Türkiyədəki səfirliyində təhsil məsələləri üzrə müşavir vəzifəsinə Müjdat Həsənov təyin olunub.

APA-nın xəbərinə görə, Müjdat Həsənov bu təyinatadək Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri vəzifəsində çalışıb.

Qeyd edək ki, may ayında Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil məsələləri üzrə müşaviri Nəcibə Nəsibova bu vəzifədən azad edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol