Ukrayna ordusu Krımda “Saki” hərbi aerodromunda qırıcı təyyarələrin saxlandığı anqarlara zərbələr endirib.

"AzPolitika" xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) “Telegram” kanalında bildirilib.

Qeyd olunur ki, pilotsuz uçuş aparatlarının aerodromdakı aviasiya texnikasının qorunduğu sığınacaqlara eş dəfə dəqiq zərbə endirdiyi təsdiqlənib.

"Zərbə zamanı iki sığınacaqda Su-30 və Su-30SM qırıcıları olub. Hücumdan sonra Su-30SM təyyarəsinin saxlandığı boksda yanğın baş verdiyi qeydə alınıb ki, bu da hədəfin uğurla vurulduğunu göstərir", - deyə məlumatda qeyd edili.

UTX-nin məlumatına görə, belə qırıcı təyyarələrin hər birinin təxmini dəyəri komplektasiyasından asılı olaraq 30-50 milyon ABŞ dolları arasında dəyişir.