Menu

Makron bu hərəkəti ilə yenə gündəm oldu - VİDEO

01.07.2026, 13:00
Makron bu hərəkəti ilə yenə gündəm oldu - VİDEO

Fransa Prezidenti Emmanuel Makron Parisdə Heysəm bin Tariq ilə keçirdiyi görüş zamanı qapalı məkanda da gün eynəyini çıxarmaması ilə yenidən diqqət mərkəzinə düşüb.

Fransa liderinin bu görüntüləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və istifadəçilər onun eynəyi niyə çıxarmadığı ilə maraqlanıblar.

Məsələyə aydınlıq gətirən Fransa rəsmiləri bildiriblər ki, Emmanuel Makron gözlərində yaranmış sağlamlıq problemi səbəbindən gün eynəyi taxır. Lakin onlar narahatlığın detalları barədə əlavə məlumat verməyiblər.

Qeyd edək ki, Makron bu ilin əvvəlində Dünya İqtisadi Forumu çərçivəsində Davos keçirilən toplantıda da eyni eynəklə çıxış etmişdi. 

O zaman da qapalı məkanda gün eynəyi taxması geniş müzakirələr doğurmuş, hətta Donald Tramp bu barədə zarafat etmişdi.

"AzPolitika.info"


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol