Fransada Prezident seçkiləri 2027-ci il aprelin 18-də (birinci tur) və mayın 2-də (ikinci tur) keçiriləcək.

Bu barədə "Report"un Avropa bürosu "Le Monde"a istinadən xəbər verir.

Qəzet Fransa hökumətindəki mənbəyə istinadən qeyd edir ki, hakimiyyət səsvermənin aprelin 11 və 25-də keçirilməsini nəzərdə tutan alternativ variant əvəzinə bu qrafikə üstünlük verib.

Fransa Konstitusiyasının 7-ci maddəsinə əsasən, prezident seçkiləri hazırkı dövlət başçısının səlahiyyətlərinin başa çatmasına 20 gündən 35 günə qədər qalmış müddətdə keçirilməlidir.

Emmanuel Makron 2022-ci il mayın 14-də ikinci beşillik müddətinə başlayıb, buna görə də onun səlahiyyətləri 2027-ci il mayın 13-də başa çatır. Konstitusiyaya uyğun olaraq, o, ardıcıl olaraq üçüncü müddətə namizədliyini irəli sürə bilməz.