Somali və Türkiyə Silahlı Qüvvələri F-16 təyyarələrindən istifadə edərək Aşağı Şabelle bölgəsindəki Əş-Şəbab qruplaşmasına məxsus mağaralara və silah anbarlarına zərbələr endirib. 

"Azpolitika" xəbər verir ki, təxminən 35 terrorçu öldürülüb, partlayıcı maddələrlə yüklənmiş nəqliyyat vasitələrinin məhv edilib. Verilən açıqlamada terror təhlükəsi tamamilə aradan qaldırılana qədər əməliyyatların qətiyyətlə davam edəcəyi bildirilib.

Qeyd edək ki, Türkiyə uzun illərdir Somalidə hərbi mövcudluğunu qoruyub saxlayır. Ölkənin burada ən böyük xarici hərbi bazası yerləşir və yerli təhlükəsizlik qüvvələri məhz bu bazada təlim keçirlər. Bu tip birgə əməliyyatlar artıq iki ölkə arasında hərbi əməkdaşlığın adi bir təcrübəsinə çevrilib. Son aylarda Türkiyə Somaliyə üç F-16 təyyarəsi yerləşdirib.